Haqqımızda

İtaliyada istehsal olunan məhsulları birbaşa olaraq sizlərə gətirən “CASA MİA” mağazalar şəbəkəsi bütün Avropada məhşur olan bir çox brend şirkətlərin Azərbaycanda rəsmi nümayəndəsidir.

“CASA MİA” mağazalar şəbəkəsi Avropa keyfiyyətini sizlərə çatdıran bir şirkətdir.

Evinizin rahatlıq bəxş etməsi üçün, gözəllik və keyfiyyət harmoniya təşkil etməlidir. Siz interyerdə harmoniya yaradacaq hər bir məhsula: kafel, metlax, santexnika, hamam aksesuarları, divar kağızları, çil-çıraqlar, pərdələr, otaq arası qapılar, giriş qapıları və s. “CASA MİA” mağazalar şəbəkəsində rast gələ bilərsiniz.

“CASA MİA” mağazalar şəbəkəsi brend malların satışı ilə yanaşı mənzillərin, villaların, ictimai yerlərin dizaynı və təmiri ilə də məşğuldur. Edilən təmirlərin keyfiyyətinə və davamlılığına zəmanət verilir.