Görüşdə CasaMia MMC-nin direktoru Cavid Hüseynov Klaudio Taffurinini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Həmçinin görüşdə İtaliyanın ölkəmizdəki Ticarət Palatasının sədri Maurizio Ferri də iştirak edib. Görüş zamanı CasaMia şirkəti ilə partnyor italyan şirkətləri arasındakı ticarət əlaqələrindən danışılıb, o cümlədən bu əlaqələrin gələcək perspektivləri müzakirə edilib.
Görüş xoş təəssüratlarla yadda qalıb. Sonda xatirə şəkli çəkdirilib.