İtaliya – sənət əsəri nümunələri ilə dünyaya səs salır. Unikal dizayn, yüksək ustalıq və əvəzedilməz keyfiyyət – əsl İtalyan istehsalını əks etdirən xüsusiyyətlərdir. Dünyaya dəbi diktə edən ölkə kimi İtaliyada hər il müxtəlif sərgilər təşkil edilir və ən son yeniliklər nümayiş etdirilir. Dəblə ayaqlaşmağı sevən müxtəlif ölkələrin qabaqcıl şirkətləri, arxitektor və dizaynerləri bu sərgilərdə iştirak edib bütün yeniliklərdən xəbərdar olurlar.